Рубрики
Психология

Qızını döyməyən dizinə döyər

Bu atalar sözünü azərbaycanlı valideynlər əsl mənasında anlayırlar, yəni başa düşürlər. Özüdə, döyəndə tək qızını deyil, həm də oğlunu döyür. Həmin uşaqlarda böyüyüb öz qızını döyür. Axı adət ənənə var… vacib şeydir. Əvəzində valideynlər, uşaqlarına istədiyini verir və özündən asılı edir. Çünki, həmin adət ənənəyə görə UŞAX böyüyün sözü ilə ali məktəbə gedir, rüşvət verib oxumur, sonra tapş və ya pul hesabına işə düzəlir. Bunları etmək valideynin borcudur. Daha sonra isə xöşbəxt gələcək üçün Mamed müəllimin qızını almalı yaxud oğluna getməlidilər, çünki o gələcəkdə hər şeylə təmin edəcək. Hətta kiminlə oturub-durmalı… 

Bunların hamısını o uşax-müşax hardan bilsin ki?! Bunları yalnız həyat görmüş valideynlər göstərə bilər. Axı onlar da öz növbəsində bu yolu keçiblər və anlayırlar ki, onların da öz növbəsində ata-anaları düzgün yol göstərib.

Nə deyim ki, #gülbaşımıza

P.S. Bəzi söhbətlərdən навеять elədi.