Alfred Nobel bir gün səhər yeməyi zamanı qəzetdə öz ölüm nekloqonu görür. Qəzetlər qardaşını onunla səhv salırlar. Həmin gün Alfred düşünür ki, bəs cəmiyyətə və dünyaya necə faydalı ola və tarixdə qala bilər. Ona görə də böyük məbləğ ayıraraq fond yaradır. Həmin Fond bu vasitələr hesabına gəlir əldə edərək, illik mükafatlar verir. Hər il artan […]
Метка: gülbaşımıza
Azərbaycandilli yazıları əks etdirən həştəq
Reinkarnasiya
Bu yaxınlarda inandığım və uzun illər dostluq etdiyim adam mənə reinkanasiyanın olması barədə çox maraqlı hadisələr danışdı və hətta şəkillər də göstərdi. Mən əvvəllər buna inanmırdım, ancaq mənə yetərli qədər real gəldi. Ona Hind Qurusu deyib ki, insanlar 12 dəfə reinkarnasiya olur, hər dəfə daha ağıllı və təcrübəli olur. Tam müdrik olandan sonra isə sonsuzluğa […]
Elektrik şəbəkəsi hazırdır?
Dünya elektrik avtomobillərinə keçir. Biz də bundan kənarda qalmayacağıq. Amma, Qərbin zir-zibil avtomobiilərini “üyüdəndən” sonra. Neçə illərdir hökümətdə müzakirələr gedir ki, elektromobillərin idxalı gömrükdə sıfırlansın, mən də bunun baş verməsi üçün çalışıram. Bu olarsa, bir bacarıqlı sahibkar elektrik avtomobillərini lizinqə alıb, taksiyə buraxacaq, dövlətdən imtiyazalar alacaq, istehlak xərclərini azaldaraq daha çox gəlir əldə edəcək, az […]
Bir dəfə İsa Peyğəmbərin yanına zina etmiş qadını gətirirlər ki, onu daşqalaq etsinlər. Peyğəmbər baxır ki, qadının uşağı var, həm də əri ona diqqət göstərməyib. Yığışanlara deyir ki, «Kim günahsızdır, qoy birinci daşı o atsın!» Hamı utanıb, çıxıb gedir. Hər dəfə kiminsə videosu çıxanda elə şüvən başlayır ki, elə bil hamı Peyğəmbər övladıdır. #gülbaşımıza
Hind Qəhrəmanı
Kinopoisk-də neçə vaxtdır qarşıma yeni çəkilən hind filmi çıxırdı. Kefim yox idi, dünən baxmaq qərarına gəldim. Action və fentezi bir-birinə qarışıb. Ən çox məni məzələndirən isə baş qəhrəmanlardan birini öncə qamçılayırlar, sonra da çarmıxa çəkirlər. Adam da başlayır mahnı oxumağa. İmkanı olsa rəqs də edərdi. Əlbəttə ki, mənalı uzun-uzadı baxışlar öz yerində. Hind filmlərində ənənə […]
Seymur Bayacanın «Qərəzsiz arzular qəbiristanlığı» hekayəsində qəhrəman bazlığa gedir. Obyekti işlədən qadın qızları bir-bir göstərərək onların qiymətlərini deyir, qızların standart qiymətləri var. Bir qızın qiyməti çox yüksək olur. Hekayənin qəhrəmanı görür ki, bu qiyməti çox olan qızın görünüşcə başqa qızlardan elə bir fərqi yoxdur. Bu onu təəcübləndirir, o biri qızlardan niyə belə baha olmasının səbəbini […]
Reklama
O gün Bulvarda baxıram reklam adacığında əmlak sığortası reklamı üçün ev maketi qoyublar ki, diqqət cəlb eləsin. Amma deyəsən məndən başqa ona o qədər də baxan yox idi. Məncə, o adacıqda bir iki cütlük qoyub, guya evin qarşısında piknik edirlər kimi şou yaratsaydıaır çox diqqət cəlb edərdilər. Hamı dayanıb onlara baxacaqdı. Onlar da orada kabab […]
DYP dəyişir
Bu yaxınlarda Qəbələyə gedirdik. Şəhərin çıxışında, DYP postların birində maşınımızı saxlayıb, vəsiqəni yoxlayandan sonra sürücüyə 3 dəqiqə şossedə hərəkətlə bağlı mühazirə keçdi və yolun sol zolağını ancaq ötmə üçün olması, yüksək sürətin təhlükəsi, hərəkət iştirakçılarının bir-birinə hörməti və sairə barədə çox mədəni formada danışdı. Sonra da ehtiyatlı olmağımızı məsləhət edib, yaxşı yol arzuladı. Maşında olan […]
İcbari şığortada dəyişiklik
Avtomobilin İcbari Sığortasında dəyişiklik baş verəcək. Noyabrın 1-dən üçüncü şəsxlərə dəymiş zərəri günahkar sürücünün sığorta şirkəti deyil, öz sığortası ödəyəcək, sonra isə qarşı tərəfdən tələb edəcək. Yeni qaydalarla belə olacaq. Deyirləri ki, bu sığortaçılar arasında rəqabəti yüksəldəcək. Təki olsun, amma belə olmasın ki, süründürməçiliyi əvvəl digər şirkət edirdisə, indi özününkü edərcək.
Psixoloq olmaq
Arada postlar görürəm ki, filan Psixoloq/Psixoterapevt/Psixiatrın özünün milyon problemi var, başdan xarabdır, elə kömək eləsə özünə edərdi. Amma, bunu deyənlər bilmir ki, xoşbəxt, uğurlu, heç bir problemi (həmçinin pxisi) olmayan adam niyə psixoloq olsun ki?! Məhz problemlərin sayəsində yaxşı mütəxəssis yaranır. Atalar elə-belə deməyib ki, arağı ver arağçıya. #atalarsözü