Seymur Bayacanın «Qərəzsiz arzular qəbiristanlığı» hekayəsində qəhrəman bazlığa gedir. Obyekti işlədən qadın qızları bir-bir göstərərək onların qiymətlərini deyir, qızların standart qiymətləri var. Bir qızın qiyməti çox yüksək olur. Hekayənin qəhrəmanı görür ki, bu qiyməti çox olan qızın görünüşcə başqa qızlardan elə bir fərqi yoxdur. Bu onu təəcübləndirir, o biri qızlardan niyə belə baha olmasının səbəbini obyekti işlədən arvaddan soruşur. Məlum olur ki, bu qızla ilk dəfə Rafet El Roman əlaqədə olub. «Macəra dolu Amerika» mahnısını oxuyan Rafet. Ona görə də bu qızın qiyməti belə bahadır. Müştərilər məhz ona görə bu qıza daha çox pul verirlər və həyatlarındakı boşluğu bu yolla doldurmaq istəyirlər.
Рубрики