Рубрики
О разном

Elektrik şəbəkəsi hazırdır?

Dünya elektrik avtomobillərinə keçir. Biz də bundan kənarda qalmayacağıq. Amma, Qərbin zir-zibil avtomobiilərini “üyüdəndən” sonra.

Neçə illərdir hökümətdə müzakirələr gedir ki, elektromobillərin idxalı gömrükdə sıfırlansın, mən də bunun baş verməsi üçün çalışıram.

Bu olarsa, bir bacarıqlı sahibkar elektrik avtomobillərini lizinqə alıb, taksiyə buraxacaq, dövlətdən imtiyazalar alacaq, istehlak xərclərini azaldaraq daha çox gəlir əldə edəcək, az vergi ödəyəcək. Bu da başqalarının onu təkrarlamasına səbəb olaraq, elektomobillərin sayının sürətlə artmasına gətirib çıxaracaq.

İllərlə baş verən hadisələr göstərir ki, taksiyə cəlb edilən avtomobil modellərinin populyarlığı və satışı artır. Vaxtı ilə unversal kuzov avtomobillər, sonra hibridlər…

Amma bir ƏMMA var. Şenzendə (Çin) ekologiya bərbad vəziyyətdə olduğu üçün hökümət elektromobillərin artmasını təşviq edəndən sonra, hamı ekoloji avtomobillərə keçir. Amma elektrik şəbəkəsi buna dözməyərək çökmüşdü.

Bizdə də elektromobil BUMu olacaq, bəs Azerenerji buna hazırdır? Hələ ki, vaxt var, ona görə indidən bunu nəzərə alaraq şəbəkəni genişləndirməli və gücləndirməlidir.

Bəs belə hadisə olsa nə baş verəcək? Əlbəttə ki, elektrikin qiyməti yüksələcək ki, istehlak azalsın (iqtisadi addımlardan biridir). Amma qiymətin yüksəlməsi problemin həlli deyil və azalma qısa müddətli hal olur. Necə ki, gömrük qiymətləri yaxud yanacaq qiyməti yüksəldikcə avtomobil idxalı azalmır.

#çoxbilmiş