Рубрики
Кино

Hind Qəhrəmanı

Kinopoisk-də neçə vaxtdır qarşıma yeni çəkilən hind filmi çıxırdı. Kefim yox idi, dünən baxmaq qərarına gəldim. Action və fentezi bir-birinə qarışıb. Ən çox məni məzələndirən isə baş qəhrəmanlardan birini öncə qamçılayırlar, sonra da çarmıxa çəkirlər. Adam da başlayır mahnı oxumağa. İmkanı olsa rəqs də edərdi. Əlbəttə ki, mənalı uzun-uzadı baxışlar öz yerində.

Hind filmlərində ənənə var ki, aşıq oğlan və qız birlikdə romantik vaxt keçirib, oxuyub, rəqs edirlər. Amma bu filmdə 2 oğlan bunu edir. Düşündüm ki, bəlkə bunlar da Netflix-in təsiri altına düşüblər.