Рубрики
Встреча

DYP dəyişir

Bu yaxınlarda Qəbələyə gedirdik. Şəhərin çıxışında, DYP postların birində maşınımızı saxlayıb, vəsiqəni yoxlayandan sonra sürücüyə 3 dəqiqə şossedə hərəkətlə bağlı mühazirə keçdi və yolun sol zolağını ancaq ötmə üçün olması, yüksək sürətin təhlükəsi, hərəkət iştirakçılarının bir-birinə hörməti və sairə barədə çox mədəni formada danışdı. Sonra da ehtiyatlı olmağımızı məsləhət edib, yaxşı yol arzuladı. Maşında olan hamı mədəni şok hissi keçirdik.

Ölkə sürətlə dəyişir, amma çox adam “qatara” gecikir. Vaxt gələcək, DYP inspektoru saxlayıb, Kofe təklif edəcək ki, sürücü gümrah olsun. Cərimələrdən isə cashback verəcəklər. Amin!