Рубрики
Мнение

Bağışla, səhv etmişəm

Biznes karyeramın ilk illərində binesdə səhvlər barədə bir kitab oxumuşdum (adı və müəllifi yadımda deyil). Kitabda böyük şirkətlərin etdikləri səhvlər və onların nəticələri barədə yazılmışdı. 

Səhvlərini etiraf edib, üzr istəyənlərə müştərilərin etibarı artır, özünə bəhanə ilə bəraət qazandırmaq istəyənlərin isə reytinq və satışlarının düşməsi göstərilirdi. Nəticə etibarı ilə, şirkət müştərini öz səhvinə görə günhalandıranda, onun müflisliyə qarşı atdığı ilk addım olur. 

Təəsüf ki, Azərbaycanda hələ də bunu dərk edən az sahibkar və personal var, çalışırlar günahı kiminsə boynuna yıxsınlar. Çünki, tərbiyə olaraq valiedynlər uşaqları yalan danışmağa vadar edir, anlayış göstərmir, etiraf edəndə döyür, yalan danışanda isə yazığı gəlir. Məktəbdə də eyni hal baş verir.

Səhvini etiraf edib, üzr istəmək çox güclü psixoloji alətdir, onunla qarşındakı müştərinin ürəyini alıb, özünə bağlaya bilirsən. Kompensasiya olaraq bir balaca hədiyyə verəndə, hələ gedib hər yerdə tərifləyəcək də.

Hesab edirəm ki, evlənməmişdən öncə valideynlər nəinki tibbi analiz verməli, həmçinin ciddi psixoloji kurslar keçməlidir, bir-biri ilə və gələcəkdə dünyaya gətirəcəyi uşaqla necə münasibət quracağı barədə ciddi təlim keçməlidir. Müəllimlər isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən uşaq psixologiyası üzrə attestasiya edilməlidir. 

Belə problemlərlə box qarşılaşırsınız?