Рубрики
О разном

Putin. Vladimir Putin.

Qara rəngə sevgisinə görə onu Qərb Mediası «Man in Black» adlandırır. Deyilənə görə Putin James Bond filmlərini sevir və ondan ilhamlanır. 

Belə ki, Mister President çox dəbli geyinir. Xüsusi sifarişlə tikilən kostyumlar Kiton və Brioni markalarındandır, bu markanın sifarişlə tikdiyi kostyumların qiyməti 5.000-dən 50 min Avroya qədər aralıqdadır. Geyindiyi kostyumların rəngləri — göy, qara, boz, köynəklər — mavi yaxud ağ, yayda isə göy rənglərdədir. Qalstuklar Moschino və Valentino-dandır. Ayaqqabı John Lobb və Salvatore Ferragamo. Casual geyim də Brioni və Loro Piano markalarından, palto Nina Richi brendindəndir.

Putin məllim həm də bahalı saat həvəskarıdır. Ən çox sevdiyi 500 min dollar qiyməti olan A. Lange & Sohne Tourbograph Pour le Merite saatıdır. Əsasən isə ən Blanсpain markasına heyrandır, deyilənə görə ancaq 11 ədəd bahalı saat təyin olunub, kolleksiyasında başqa nə var, gizli saxlanır.

Əlbəttə ki, onun stilistləri var. Amma bilmirəm niyə pencəklərinin qolu sovet dövründə olduğu kimi ocunun ortasına kimidir və köynəyin qolları görsənmir. 

Qarşılaşdırma üçün digər ölkə Prezidentlərindən — Emmanuel Makron ölkə başcılığından öncə çox bahalı geyinsə də, vəzifəyə gələndən sonra sadə atelyedə 380 Avroya kostyum sifariş edir. Amma, onu dünya başçıları arasında ən eleqant hesab olunur. 

Rusiya top məmurlarının çoxu italyan markalarından geyinir. Qərbin Rusiyaya sanksiyalarının tətbiqi ilə italian fashion biznesi deyəsən ciddi krizis yaşayacaq. 

#çoxbilmiş #mensfashionPutin. Vladimir Putin.