Рубрики
Ликбез

Business card etiketi

O gün bisnez kartlarımızı (ona xalx arasında vizitni kart deyirlər) bir-birimizə verəndə, kimsə söhbət açdı ki, kartı alanda həmən cibə qoymaq olmaz, stolun üstündə saxlamaq lazımdır. Kartı əldə fırlatmaq, onunla oynamaq olmaz, çünki bu həmin şəxsə qarşı hörmətsizlikdir.

Mənim də bir hadisə yadıma düşdü. Həsən Həsənov Xarici İşlər naziri olanda vacib əcnəbi qonaq ona öz kartını verir, oturub söhbətə başlayırlar. Nazir ayağını ayağının üstünə qoyur, kresloda arxaya atılıb, vizit kart ilə dişini təmizləməyərəq qonağı dinləyir. Şahid olan adam deyir ki, o qonağın üzünü görərdin. #gülbaşımıza

Biznes kartın verilmə və alınma etiketi var. Şərq ölklərində onu iki əllə, ərəb ölkələrində sağ əllə (sol əl çirkli hesab olunur deyə), digərlərində rahat olan əllə, amma kartda məlumat olan tərəfin görüləcək şəkildə verilməlidir.

Müasir zamanda kartı telefondan NFC, QR, AirDrop (iOS), Wi-Fi Direct (Android), What’s app və sairə App ilə ötürülə bilər. Siz nədən istifadə edirsiniz?