Рубрики
Мнение

Çox maraqlı haldır

1 kanalın redaktoru Marina Ovsyannikova efirdə plakatla çıxaraq Ukraynadakı müharibəyə qarşı çıxış edib. Dumanın qəbul etdiyi qanuna görə müharibə ilə razı olmayan (onu müharibə adlandııran hətta), özəlliklə media işçilərinə 15 ilə kimi həbs cəzası tətbiq edilə bilər.

Marina həm işi, həm də azadlığı ilə risk edib. Amma biz nə görürük? Onunla məzlənənlər, qəsdən olunduğu haqqında PR aksiya kimi mülahizə, şəkildəki plakatda müxtəlif «məzəli» ifadələr yazır və sairə.

Bilirsiniz niyə? Çünki məzələnənlərin heç biri bunu etməzdi. Bizdə çox adam bütün günü yalan danışır, hamını yola verir, ona görə də heç nəyə inamı yoxdur, nə olsa, başqa məna görür. «Qəhrəmanlığı» ancaq Facebook’da edir. #gülbaşımıza

Marinaya isə cinayət içi açıla bilər, yəqin ki, məhkəmə də həbs qərarı çıxaracaq. Yayılan məlumata görə 30.000 rubl cərimə yerləşdirdiyi videoya görə olub, efirə çıxması isə ayrıca araşdırma ilə davam ediləcək.