Рубрики
Ликбез

Problemin mənbəyini axtar

TV-də reklamlarda ən çox olan məhsullardan biri də kəpəyə və saç tökülməsinə qarşı şampundur. İstehsalçılar bu şampunlarla milyonlar qazanır. Amma heç kim problemin əsl mənbəyini demir. 

Mən uzun illər bu problemləri yaşamışam. Kojveneroloqların hamısı illərlə müalicə edirdilər, ay o şampun, bu şampun, tonlarla tabletka, mən nə bilim nə. Sonunda bir tanış həkim başımın dərisinə baxaraq dedi ki, səndə dəridə problem yoxdur, problem mədənin hansısa produkta olan allergiyasındadır.

Nəticə olaraq kəşf etdim ki, qaynar su ilə duş, uksus və qoz-fındıqdır. Onları tərgidəndən sonra həm kəpək, həm də saç tökülmə problemindən qurtuldum. Yoxsa hər səhər yastığım ağappağ idi. 

Bilmirəm, Azərbaycanda belə laborotoriyalar var, yoxsa yox, amma qan analizi ilə produktların orqanizmlə uyğunlaşmasını təyin etmək olar. Əgər allergiyanız varsa, yeməyinizə diqqət yetirinn, şampuna deyil.

P.S. Mən saçımı 3-4 gündən bir şampunla yuyuram, hər gün qışda sərin su, yayda isə soyuq su ilə yuyuram.

#gülbaşımıza #çoxbilmiş