Рубрики
Вспомнить все

Romantika

Dünən avtobus və Porsche Cayenne arasında olan qəzanı müzakirə edirdik, bir hadisə yadıma düşdü.

Uzun illər öncə İspaniyadan qayıdandan sonra bir tanış iş görüşməsində səyahət barədə soruşdu. Mən də gəzdiyimiz şəhərlər barədə danışdım, axırda da deyirəm ki, Malaqaya gedəndə Porsche Panamerada başım yanımda oturan ispankaya qarışdı, qəzaya düşdük. O da deyir ki, oyda, sən nə bəxtəvər adamsan e, İspaniya, Malaqa, Porsche, ispanka, qəza… romantika.

Pis hadisədə də yaxşı nəsə görmək olar. #gülbaşımıza