Рубрики
Вспомнить все

Stiv və Bill

Dünyada ilk qrafik interfeys Macintosh personal kompyuterində olub. İlk Mac OS digər əməliyyat sistemlərindən fərqli olub. İlk dəfə Office paketindən olan Excel-i isə Microsoft hazırlayıb.

Apple və Microsoft arasında olan müqaviləyə əsasən Bill Qeyts və onun komandası Macintosh üçün qrafik iterfeys ilə proqramlar hazırlamalı idi. Lakin, onun yerinə qrafik iterfeysli Windows əməliyyat sistemi çıxır. Qeyts Cobsa xəyanət edərək onun texnologiyasından istafadə edir.

Apple Microsoft-u məhkəməyə versə də heç nə qazana bilmir, çünki müqavilə yetərli qədər mükəmməl olmadığına görə Microsoft-un hüquqşünasları orada müəllif hüquqularına dair bəndlərdən yaxşıca istifadə edirlər.

Stiv Cobs Bill Qeytsi öz villasına çağıraraq onun üstünə qışqırır ki, “Sən nə əclaf adamsan ə, Billqeyis! Mənim ideyamı oğurlamısan.” Bill də cavab verir ki, Azərbaycanda atalar sözü var “Oğrudan oğruya halaldır!”

Çünki, Stiv Cobs özü də həmin ideyanı Xerox şirkətində olarkən görmüşdü və tez-bazar onlardan əvvəl belə Əməliyyat Sistemi yaradıb. Kstati, mouse da Xerox-un laborotoriyasında görəndən sonra ilk dəfə Apple şirkəti tərəfindən satışa çıxarılmışdır.

#çoxbilmiş

Foto: Steve Jobs və Bill Qates gənc və artıq milyoner olan vaxtları Jobsun evində tez-tez görüşüb, dünyanı zəbt etmək planları ilə bölüşəndə.