Рубрики
Ликбез

Niyə də, niyə?

Bəziləri «arvad» sözünü təhqir kimi qəbul edir. Amma dərinə gedəndə, «arvad» ərəbcədən gələn sözdür, mənası da ərdə olan qadındır. Yəni subay qıza arvad deyilmir. Həmçinin, ər-arvad kəlməsi dövlət sənədlərində göstərilir.

Bunu təhqir kimi qəbul edənlərdə, evdə, ailədə uşaqlıqda atası anasına «az, arvad, qələt eləmə…» və sairə buna bənzər zorakı ifadələri eşidənlərin şüuraltında təhqir kimi qalır. Böyüyür, amma uşaqlıq təəssüratları qalır.

Bu şüuraltı, kopolu, çox müşkül qurğudur. Uşaq evdə nə görür, onu da götürür. #gülbaşımıza