Рубрики
Sığorta

Başına gələn…

Bir tanışım yeni avtomobil almışmdı, çox sevinirdi. Məndən maşın sürmək haqqında məslətətlər istədi, təcrübəsi çox az idi. Mən də məsləhət gördüm ki, Yol Hərəkəti Qaydalarını oxusun, sonra 2 kitab məsləhət etdim və internetdə linkini göndərdim. Qaydaları pozmamağı və şəhərdə Max 50 km/s sürətlə hərəkət etməsini məsləhət etdim ki, bu sürətdə ətrafda olan hadisələri tez görüb, reaksiya vermək daha asandır (Mən çox zaman 50 ilə sürürəm). Və ən əsası Kasko sığorta almağı ki, hər şey ola bilər, ehtiyat iğidin yaraşığıdır. Amma, bu vətənDaş sevindiyindən hər şeyi qulaq ardına vurdu ki, pulum gələndə sığorta edərəm. Mən də o vaxtlar məsləhətə görə pul almırdım.

1 aydan sonra eşitdim ki, maşını ilə lob-a-lob başqasına girib. Özünə heç nə olmamışdı (heç olmasa kəmər məsləhətinə qulaq asıb), amma yeni BMW pox günə düşmüşdü və təmir xərci köhnə kursla 15 min zad edirdi. Başına döyürdü ki, Kasko etməyib. Mən də o vaxtdan havayı məsləhət vermirəm ki, pul verəndə daha məsuliyyətli olur adam. #gülbaşımıza

Kasko ilə bağlı istəyiniz olsa, təndirdən təzə çıxmış, isti-isti sığorta almağa kömək edə bilərəm.