Рубрики
Вспомнить все Экономика

Directə yazdıq (c)

Hələ 2000-lərin əvvəlində Apple biznesi qurarkən, saytımızda bütün malların qiymətini olduğu kimi yerləşdirmişdim ki, daxil olub, baxsınlar və seçim etsinlər. Mənə zəng edəndə, link atırdım ki, saytımızda bax. Ölkədə ilk elə mən bunu etmişdim. 

Hamı qorxurdu ki, vergi görüb, biləcək. Amma, «bədbəxt»lərin xəbəri yox idi ki, Vergi onsuz da hər şeyi bilirdi, çünki Bakı balaca şəhərdir. 

İlk dəfə audit gələndə rəisləri ilə görüşə getmişdim. Mənə məbləği dedi, normal idi. Soruşdum ki, onu hardan götürmüsünüz? Mənə çox qısa analitika verdi, mağaza locationda icarə dəyəri, işçi sayı və maaşları, marjanı… 95% düz dedi. Sonra da hesabladı ki, mən əslində 10 dəfə çox pul ödəməliyəm, amma «biznesə dəstək» olaraq, bu «xırda» məbləği deyir. Güldük, çay içdik, dostcasına söhbət etdik. 

İndi baxırsan, hamı directə, messengerə qiymət yazır, guya nə isə gizlədə bilir. Mühasibatı yaxşı qursalar, o qədər də çox vergi çıxmır, yetər ki, işi mütəxəssisə tapşırasan. 

Lazım olsa, kömək edə bilərəm. Kstati, 2-ci diplomum mühasib-iqtisadçıdır, karyeramın ilk 4 ilini mühasib işləmişəm. Amma, audit və mühasibat, consulting şirkəti ilə də əməkdaşlıq edirəm, sizi onlara tapşıra bilərəm. )