Əgər insan gülərkən gözündən yaş gəlirsə, bu o dəməkdir ki, ürəkdən gülür. Sən demə (mən deyəcəyəm) gözü yaşlı gülərkən göz yaşı ilə stress qarmonları çıxır, endorfin ifraz olunur, üzün azı 15 əzələsi hərəkət edir və nəfəs boruları təmizlənir. Bunlar da immun sisteminə və ümumi sağlamlığa pozitiv təsir göstərir. Həm də insan özünü xoşbəxt hiss etməyə […]
Автор: Ramin Musayev
Не бойтесь того, что Ваше мнение кому-то покажется странным, ибо каждое мнение кем-либо обязательно будет принято как очень странное.
(Бертран Рассел)
Yerli biznesin ən başlıca problemlərindən biri mütəxəssisə dəyər verilməməsidir. Sahibkarların əksəriyyəti mütəxəssis yüksək məvacib istədiyi üçün onu işə qəbul etməyib, daha ucuz işci axtarır. Hamı da bilir (amma bilməyənlər də az deyil) ki, ucuz ətin şorbası da ucuz olur. Nəticədə, rəhbər bütün qərarları özü vermək, hər prossesi nəzarətdə saxlamaq, hamını yoxlamaq məcburiyyətində qalır, tabeçiliyində olan […]
Yeni Sosial Şəbəkə
Anton Pabloviç Çexov deyib ki, «Müxtəsərlik istedadın bajısıdı». O gün yığıncaqda bir sual vermişdilər, mən də 2 dəqiqə düşünüb, bütün cavabı 1 cümləyə yerləşdirib dedim. Digəri isə eyni məlumatı 5 dəqiqə ərzində uzun-uzadı cavabladı, ürəyimiz çəkildi. Məsləhət: nəyisə deməkdən öncə düşünüb fikri düzgün formalaşdırmaq, sonra demək laızmıdır. Meta-nın yeni Threads səbəkəsi də Müxtəsərlik üzərində qurulub, […]
Hamı yazır ki, Android telefonlara zəlzələ haqqında xəbərdarlıq gəlib, ona görə hamı küçələrə axışıb. iPhone sahibləri isə rahat yatıb, çünki zəlzələ o qədər də güclü olmayıb. Hansının daha yaxşı olması mübahisə məsələsidir. #gülbaşımıza P.S. Ölməkdən qorxanlar çox günah işlədənlərdir. Cəhənnəmə düşməkdən qorxurlar.
Qurban bayramıvız mübarəy!
Qurban bayramı hamını sevindirir. Bunun bir neçə psixoloji səbəbi var: Deməyim odur ki, bu bayramın da xeyirli tərəfləri var. Qurbanınız qoyun olsun, özünüz olmayın. gülbaşımıza *Sublimasiya — psixikanın müdafiə mexanizmi olaraq, daxili gərginliyinin sosial faydalı əməyə istiqamətləndirilməsi vasitəsi ilə çıxarılması.
Vape və Xərçəng
Qızlı-oğlanlı hərə əlinə alıb bi dənə elektron siqaret ki, adi papirosdan zərərsizdir. Ətrafdakılar üçün zərər olmasa da çəkənin sağlamlığına siqaret qədər ziyan vurur, bəlkə də daha betər. Araşdırma etdim. Sən demə (çünki mən deyəcəyəm), elektron siqaret qızarkən plastik insan orqanizminə zərərli olan kimyavi maddələr buraxır. O də nəfəs yolları ilə ciyərə gedir, ordan da beyinə. […]
Çox vaxt böyüklər deyir ki, «əvvəl hər şeyin dadı yaxşı idi, indi heşzadın keyfiyyəti yoxdur!» Məsələ ondadır ki, ağız reseptorları yaş artdıqca dəyişir və həssaslığı itir, ona görə uşaqlıqda yeyilən yeməklər daha dadlı kimi xatırlanır. Bəs sizin ən dadlı yediyiniz neçə yaşda və nə olub? P.S. Belə stəkan və nəlbəkidə uşaq vaxtı kənddə olanda çay […]
Taksilərə müdaxilə?
1 oktyabrdan taksi qiymətlərinin yüksəlməsi gözlənilir. Amma bunun nə xeyri olacağ? Heç bir. Azad bazar iqtisadiyyatının üstünlüyü ondadır ki, bazar və rəqabət azad şəkildə özü həll edir ki, qiymət necə olacaq. Təklif və tələbin səviyyəsindən, xidmətin keyfiyyəti, maraqlı təkliflər və reklamdan asılı olaraq qiymət öz yerini tapır. Taksi xidmətlərinin rəqabəti də eyni şəkildə öz yerini […]
Kino Musiqi
Musiqi filmdəki emosiyaları daha dərin hiss etdirmək üçün vacibdir. Amma son illərin yerli filmlərində buna rast gəlmək mümkün deyil. Hətta, Sovet vaxtının filmlərinə baxanda görürsən ki, oradakı musiqi xüsusi olaraq bəstələnirdi, bəziləri hətta hit olurdu. O dövrün çox neqativ tərəfləri və məhdudiyyətləri var idi, ona görə də yaradıcılıq daha iti idi. Təəsüf ki, müasir kinomotoqrafda […]
Waze kimindir?
Taksi sürücüləri arasında şayiə yayılıb ki, Waze naviqasiya tətbiqini SOCAR alıb, ona görə də uzun yolla aparır ki, yanacaq çox işlənsin. O gün yenə bunu dedilər. Mən də xırda para araşdırma etdim ki, Waze İsraildə yaradılıb, sonra isə Google onu 1.3 mlrd dollara alıb və ona hal-hazırda məxsusdur. Bilmirəm, bəlkə SOCAR Google alıb… Amma pulu […]