Рубрики
Мнение

Mikromenecmentlə məşğul olmayın

Yerli biznesin ən başlıca problemlərindən biri mütəxəssisə dəyər verilməməsidir. Sahibkarların əksəriyyəti mütəxəssis yüksək məvacib istədiyi üçün onu işə qəbul etməyib, daha ucuz işci axtarır. Hamı da bilir (amma bilməyənlər də az deyil) ki, ucuz ətin şorbası da ucuz olur.

Nəticədə, rəhbər bütün qərarları özü vermək, hər prossesi nəzarətdə saxlamaq, hamını yoxlamaq məcburiyyətində qalır, tabeçiliyində olan əməkdaşlara qərar verməni həvalə edə bilmir. Beləliklə də, sahibkar çox işləmək məcburiyyətində qalır. Bir müddətdən sonra beyin aşınması, yorğunluq, stress, depressiya və uğursuzluq başının üstünü alır. Xəstəliklərə düçar olur, özünə və ailəsinə vaxt ayıra bilmir.

Azərbaycanda şəxsi biznesini yaratmaq daha çox EQO məsələsidir ki, xalx ona dəyər versin, qibtə eləsin. Bu da uşaqlıq travmasından irəli gəlir. Ata-ana uşağa “səndən adam olmayacaq” deyirlər, o da çalışır ki, əksini sübut etsin.

Əgər 20-25 il bundan öncə az vəsait ilə biznes qurmaq olurdusa, artıq bu mümkün deyil. Rəqabət çox yüksəkdir. Əgər puluna və təcrübənə əmin deyilsənsə, öz əməyini böyük şirkətə yaxşı gəlir qarşılığında sat getsin. Bazara girib, dempinq edərək başqalarına mane olma!