Рубрики
Мнение

Taksilərə müdaxilə?

1 oktyabrdan taksi qiymətlərinin yüksəlməsi gözlənilir. Amma bunun nə xeyri olacağ? Heç bir.

Azad bazar iqtisadiyyatının üstünlüyü ondadır ki, bazar və rəqabət azad şəkildə özü həll edir ki, qiymət necə olacaq. Təklif və tələbin səviyyəsindən, xidmətin keyfiyyəti, maraqlı təkliflər və reklamdan asılı olaraq qiymət öz yerini tapır.

Taksi xidmətlərinin rəqabəti də eyni şəkildə öz yerini alacaq. Dövlətin qiymət siyasətinə qarışması doğru deyil. Yalnız şirkətlərin rəsmi işləməsi, müqavilələrin olması, vergilərin ödənilməsinə nəzarət edə bilər.

Onsuz da rəqabətin güclü olduğu, Uber və Bolt kimi nəhənglərin rəqabət etdiyi bap-balaca bazara yeni oyunçunun gəlməsi nə qədər məntiqlidir?! Hələ yerli aqreqatorlarda var. Həmişəki kimi biri işə girən kimi hamı kopyalayır.

Dövlət orqanları taksi qiymətinə müdaxilə etməməlidir, yalnız standartlar qəbul olunmalıdır. Bunlarda avtomobillərə, sürücülərə, təhlükəsizliyə aid ola bilər. Taksidə istifadə olunan avtomobillərin icbari, kasko və sərnişinlərin tibbi sığortası tətbiq olunmalıdır və tələb olunmalıdır. Sürücülərin sertifikatlaşlası, hətta pulsuz kurslar təşkil edib, onları öyrətmək və imtahan edərək sertifikat verilməlidir ki, sürücülük bacarığı, etiket, təhlükəsizlik qaydaları, qəza zamanı ilk tibbi yardımın göstərilməsi, şəhər yollarının tanınması, hətta turistlər üçün məlumatların verilməsi və sairə.

Qiymətlərin qalxması taksiyə tələbi azaldacaq, ictimai nəqliyyata isə artıracaq. Nəqliyyatda bərbad gündə. Şəxsi avtomobillərin sayı artacaq. Bu da tıxaclara səbəb olacaq.

Tıxac problemi taksidə deyil, yol hərəkəti qaydalarına riayət olunmamaqdadır.

Mən artıq neçə illərdir taksi istifadə edirəm, heç bir şikayətim də yoxdur. Heç maşın almağa ehtiyac da duymuram. Yəni ki, taksilərin bol olması əksinə xeyirlidir.