Рубрики
Психология

Gül ki, güləsən

Əgər insan gülərkən gözündən yaş gəlirsə, bu o dəməkdir ki, ürəkdən gülür. Sən demə (mən deyəcəyəm) gözü yaşlı gülərkən göz yaşı ilə stress qarmonları çıxır, endorfin ifraz olunur, üzün azı 15 əzələsi hərəkət edir və nəfəs boruları təmizlənir. Bunlar da immun sisteminə və ümumi sağlamlığa pozitiv təsir göstərir. Həm də insan özünü xoşbəxt hiss etməyə başlayır.

Güclü stress zamanı insanın özünü qoruma mexanizmi yumor hissini gücləndirir ki, gülüb-danışsın. Buna eyforiya deyilir. Odur ki, gülün, əylənin ki, xoşbəxtlik hissi yaransın. Belə hallarda xalx deyir ki, «Ə, buna bax! Nə arsız adamdı, o qədər problemi var, danışıb-gülür, heşzad vejinə döy!»

Əgər gülərkən göz ətrafında qırışlar yaranmırsa, gülüş süni olur, həm də botoks olması haqqında xəbər verir. Ürəkdən güləndə isə həmsöhbətlər daha yaxın olur. Sən öl!

P.S. Uşaqlıqdan ürəkdən güləndə gözüm çox yaşarır deyə araşdırma etmişdim. Dedim bilməyəndə bilsin. Ona görə yumor hissi iti olanları sevirəm ki, çox gülək.