Amerikan filmlərində orta yaşlı ər və arvaddan biri öləndə o birisi böyük depressiya keçirir, həyatı bərbad olur, bəzən intihar da edir. Düşünmək olar ki, gör nə qədər güclü sevgi-məhəbbət olub ki, dözə bilmir — əsasən Qadınların çoxu belə düşünür. Amma, məsələ ondadır ki, biri öləndən sonra o biri tək qalır, dərd basır ki, yalnız qaldı. […]
Метка: gülbaşımıza
Azərbaycandilli yazıları əks etdirən həştəq
Azərbaycanlılara «həyatının mənası nədir?» sualıma heç kim ər yaxud arvad cavabı verməyib. Daha çox uşaqlar yaxud iş deyirlər. Ona görə də «ərinin ayağını yumaq» ifadəsi hamıya pis toxunur. #gülbaşımıza
İnsanlar emosional olaraq, düşünmədən başqasına elə pislik edir ki, adamın evi yıxılır, nə qədər insan bundan əziyyət çəkir, hətta kimsə buna görə dünyasını dəyişir. Amma həmin adam heç nə olmamış kimi yaşayır, sadağa verərək, özünü yaxşı adam hesab edir. Bizə deyiblər ki, ölümdən sonra həmin adamlar cəza alacaqlar, cəhənnəmdə yanacaqlar filan. Roma Papası Fransisk də […]
eSim gəldi
Nəhayət ki, kimsə tərpəndi, eSim Azərbaycana gətridi. iPhone userləri sabahdan qaçıb Bakcell -dən 2-ci nömrə alacaqlar. 1. Olan Sim nömrəyə əlavə 2-ci nömrə istifadə etmək olar. 2. eSim alaraq, Sim slotu başqa nömrə üçün boşaldıb, əvəz etmək. 3. eSim dəstəyi olan smart saatlara mobil nömrə əlavə etmək olar. Mobil operator üçün yeni nömrə satmaq və […]
Statistika
Belə baxanda boşanmaqdan imtina yaxşı statistik məlumat kimi göstərilir, amma bu həmin ailələrin və onlarının uşaqlarının xoşbəxt olacağı anlamına gəlmir. Əksinə, həmin ailə üzvlərinə daha çox travma yaşadır. Oxu.az: Cari il aprelin birinə qədər 378 cütlük boşanma üçün müraciət edib. Ötən il boşanmaq üçün 1.748 cütlük müraciət edib: “Mediasiya təşkilatlarının fəaliyyəti nəticəsində 268 cütlük boşanmaqdan […]
O gün bir tanış qız rəng məsləhət soruşur, deyirəm ki, pastel rənglər. O da qayıtdı ki, “Söhbəti niyə postelə fırladırsan, məni tupoy sayırsan, elə bilirsən heç nə başa düşmürəm?!» #gülbaşımıza
Həyatda 3 şeydən qorxuram:1. Böyük insan kütləsindən2. İlanlardan3. Çox uzun dırnaqlı qadınlardan (uşaqlıq nağıllarından Baba Yaqa travması) Ona görə dünən Crystal Holla getmək üçün Bayraq Meydanına çatanda izdihamı görüb, geri qayıtdım. Allah bilir, o izdihamın içərisində neçə nəfər uzun dırnaqlı qadın var! #gülbaşımıza #fobiya
Yalançı Leo
Leobank -ında zibili çıxıdı. Niyə Azərbaycanda ambisiya ilə başlayan proyektlərin sonunda xarabı çıxır. Əvvəl ATM-dən komissiyasız nağdlaşmanı unlimiteddən 2.000 manata endirdilər, sonra başqa şərtləri pisləşdirməyə başladılar. 2 gündür ki, hesabımdan nə nağd çıxara bilirəm, nə də mağazada ödənişlər edə bilirəm. Ona görə bəzi öhdəlik ödənişlərimi edə bilmirəm. Dəstək mərkəzinə 3 dəfə zəng etmişəm, deyirlər ki, […]
Xəstəlik…
Bir tanış qız var. Bir neçə il əvvəl sağlamlığı ilə problemlərə görə həkimə müraciət etmişdi. Maması ilə nevropotoloqa gedəndə, doktor «ərə get, düzələcək» demişdi. Anası tez tədarük görüb, axtarışa başladı və rəfiqələrinin köməyi nəticəsində yaxşı ailədən bir oğlan tapdılar. Evi, maşını, işi, dalında dayanan valideynləri… bir sözlə hər bir ananın arzusu. 6 aydan sonra toy, […]
Həyatda hər şey ola bilər. Birdən işdir də, məcbur olub getdim taksi sürməyə. Darıxanda sərnişinlə söhbət edərkən, desəm ki, bankda sədr müavini, Apple markasını mən Azərbaycana gətirmişəm, biznes sahibi olmuşam, öz publishing şirkətim olub, dünyanın çox ölkəsini gəzmişəm, bomba proyektlər eləmişəm zad… Sərnişin də ofisə çatan kimi post yazacaq ki, bu günki taksi sürücüsü elə […]