Рубрики
Мнение

Yas ənənəri

Amerikan filmlərində orta yaşlı ər və arvaddan biri öləndə o birisi böyük depressiya keçirir, həyatı bərbad olur, bəzən intihar da edir.

Düşünmək olar ki, gör nə qədər güclü sevgi-məhəbbət olub ki, dözə bilmir — əsasən Qadınların çoxu belə düşünür. Amma, məsələ ondadır ki, biri öləndən sonra o biri tək qalır, dərd basır ki, yalnız qaldı. Bu da insanı əzən duyğudur. Çünki, qərbdə qohum zad öz həyatını yaşayır, gəlib dəstək verən olmur.

Mən həmişə bizim yas ənənələrinə tənqidi baxırdım. Kimsə ölən kimi bütün qohum-qardaş, qonum-qonşu, tanış-biliş, hamı tökülüb gəlir. Bunlara təcili çay süfrəsi, bəzən yemək, 3, 7, 40 günlər, cümə axşamları, hələ arada baş sağlığı verməyə gələnlər. Ölü yaddan çıxır, ev yiyəsi bütün günü gəlib-gedənlərlə məşğul olmaq məcburiyyətində qalır. Hələ külli miqdarda xərcləri demirəm. Kimsə borca da girir.

Amerikada olanda, qısamüddətli yaşayandan sonra anladım ki, bizim adətdə maraqlı düşünülməmiş dəstək var. Çünki, onlarda belə izdiham olmur. Bizdə isə adamlar ölü yiyəsinə o qədər əziyyət verib, xərcə salırlar ki, adam yas saxlayıb, depressiyaya girməyə vaxtı olmur. 40 gündən sonra isə dərd yaddan çıxır, hələ borcları da qaytarmaq lazımdır.

Bu, psixologiyadakı provakativ metoda bənzəyir.