Рубрики
Психология

Xəstəlik…

Bir tanış qız var. Bir neçə il əvvəl sağlamlığı ilə problemlərə görə həkimə müraciət etmişdi. Maması ilə nevropotoloqa gedəndə, doktor «ərə get, düzələcək» demişdi. 

Anası tez tədarük görüb, axtarışa başladı və rəfiqələrinin köməyi nəticəsində yaxşı ailədən bir oğlan tapdılar. Evi, maşını, işi, dalında dayanan valideynləri… bir sözlə hər bir ananın arzusu. 6 aydan sonra toy, bayram, büsat, qızı köçürdülər navastroykadakı evə. 

Toy gecəsi qıza agah oldu ki, ideal oğlan öz ər öhdəliklərinin bəhsindən gələ bilmir. Noolar ki, təki yaxşı adam olsun. Amma oğlan da öz bacarısızlığına görə qızı söyüb, döyməyə başlayır ki, günahını onun boynuna yıxsın. 

Qız gedir qaynansına şikayət eləsin. Qaynana da qıza elə bir şapalaq tutuzdurur ki, «uşaq doğa bilmirsən, hələ günahı mənim oğlumda görürsən!» Qız deyir: şapalaq dəyəndə gözlərim arbitdən çıxdı, qulağımda indi də cingilti var, beynimdə də elə bil sirkələndi deyəsən. 

Anası boşanmağa qoymur ki, xalx bizim ailəmiz haqqında nə deyər. Döz. Heç olmasa bir uşaq doğ, bəlkə ürəyi yumşalar. Amma, uşaq da olmur ki, oğlan narmalnı ata olsun.

Nəsə, sözüm ondadır ki, qızın əvvəlki problemləri unudulub getdi. Bax, sonra da camaat gileylənir ki, Azərbaycanda yaxşı həkim yoxdur.