Рубрики
Мнение

Yalançı Leo

Leobank -ında zibili çıxıdı. Niyə Azərbaycanda ambisiya ilə başlayan proyektlərin sonunda xarabı çıxır. Əvvəl ATM-dən komissiyasız nağdlaşmanı unlimiteddən 2.000 manata endirdilər, sonra başqa şərtləri pisləşdirməyə başladılar.

2 gündür ki, hesabımdan nə nağd çıxara bilirəm, nə də mağazada ödənişlər edə bilirəm. Ona görə bəzi öhdəlik ödənişlərimi edə bilmirəm. Dəstək mərkəzinə 3 dəfə zəng etmişəm, deyirlər ki, «Ola bilməz! Sizə cadu ediblər, bəxtinizi bağlayıblar.»

Bundan başqa, təklif etdikləri keşbeki hesaba qaytarmaqdan boyun qaçırırlar. Telefon dəstəyi ilə danışıqlarda absurd cavablar alıram. Mənə deyir, zəng elə Amerikadakı şirkətə (milyonlarla satış edən məhşur, tanınmış marka) ki, POS-terminalının qeydiyyatını dəyişsinlər. Belə fikir ancaq savadsız və işini bilməyən menecerin ağlına gələ bilər.

Niyə hər dəfə kiminləsə problem yarananda lap yuxarı rəhbərliyə müraciət etməliyəm axı?! Kənd bazarı zaddır?!

Öz müqavilə şərtlərinə riayyət etmədən, müştərini aldadır, həm də yaranan cavabdehliyini yiyə durmurlar.

Hələ də Azərbaycanda online biznes problemlidir, çünki, sadə alverdən o yana gedə bilmirlər. #gülbaşımıza

#leobank #yalançı #etibarsız