Fevralın 15-dən etibarən xaricdən gələrkən mobil telefonları gömrükdə bəyan etmək məcburi olacaq. Bəyan edərkən onun İMEİ-si bazaya əlavə olunaraq, imei.az saytında qeydiyyat edərkən nəzərə alınacaq. Əks halda qeydiyyatdan keçməyəcək. Bu 28 Maydakı mağazaların və tap.az-da olan şəxs satıcıların cibdə, bəyanaməsiz şəkildə gətirilən telefonların satılmasının qarşının alınması üçün edilir. Amma, zərbə özü üçün gətirib işlədənlərə olacaq. […]
Öpüşmə səhnəsi. Başlanğıc…
«Əqrəb Mövsümü» serialı ekrana real danışıq tərzini və həyatda çox işlədilən bəzi söyüşləri gətirdi. Kimsə razı deyilsə, amerikan, türk, rus filmlərinə baxsın, orada normaldır. Hollivud filmlərinin hər cümləsində Fuck sözü olur. 11-ci seriyaya baxanda düşünürdüm ki, görəsən kim öpüşmə səhnəsini ilk edəcək ki, bir başlanğıc olsun. Bir də 12-də nə görsəm yaxşıdı?! Əməlli başlı… Yaxşı […]
Maraqlı fobiyalar
Elmə 300-dən çox fobiya məlumdur. Aralarında maraqlı olanlarda var. Məsələn… Kaliqinefobiya (venustrafobiya) — gözəl qadın fobiyası. Bu uşaqlıqda, gənclikdə oğlana aşiq olduğu gözəl qız pis və rezki otval verəndə ola bilər. Qamofobiya — nigah fobiyası. Yenə də ailədən uşaqlıqda yaranır, əsasən də analar tərəfindən. Qravidafobiya — hamilə qadın fobiyası. Həm qadında, həm kişidə olur. Penterafobiya […]
Paradoks
Azərbaycanda parodoksal çox şey var. Amma, bunu heç başa düşmürəm:Oğlanın anası qızı özü seçir, oğlunu onunla evlənməyə məcbur edir, sonra həmin qız-gəlinlə iğtişaş edir, yola getmir, zəhləsi gedir, nifrət edir, sonra da oğlunu boşadır. Oğlan da qalır arvad və ana arasında. Yuxarı tüpürür bığdır, aşağı tüpürür saqqal. Bığ-saqal da indi kişi xeylaqlarının arasında moddur. #gülbaşımıza
Bəhram səhv deyir?
Sadəcə onu anlayan azdır, yaxud anlamaq istəmir. Biz Bəhramla həmyaşıdıq və gözümüzü açanda kənddən Bakıya gələnlərin şəhər həyatına, qaydalarına, ənənələrinə uyğunlaşmasını görmüşük. Onlar təhsil alıb, yeni həyat qururdular. İndi Bakı əhlinin böyük hissəsi həmin adamlardır. O da onu nəzərdə tutur, sadəcə çox adam anlamadan, onu tənqid, bəziləri isə təhqir edir. O zaman kənddən şəhərə ali […]
Bir sual, bir cavab
Uzun illər öncə Ermenegildo Zegna markasının ilk butikinin açılışında italyanlarla mağazada qısa press konfrans zamanı jurnalistlərdən biri belə sual verdi:— Bilirsiniz ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Sizcə «Ermənigildə» adının Bakının mərkəzi küçəsində asılması siyasi baxışdan nə qədər döğrudur? Hamımız təəccübləndik ki, nə qədər «hazırlıqsız» olasan ki, belə sual verəsən. Əlbəttə, İtalyanlara bu sualı tərcümə etməyə […]
Soyuqlar düşdü
Soyuqların düşməsi ilə əlaqədar yadıma düşdü ki, dağlarda covğundan qorunmağın ən təhlükəsiz yolu onu qarın altında keçirməkdir. İki və çox adam olduqda, çılpaq soyunub, bir-birinə sığınaraq, qucaqlaşaraq isti əşyaların altında sağ qala bilərlər. Bədən istisi hamını qızdıracaq. Hətta yuxuya getsələr də sağ qalacaqlar. Amma, tək olanda donmaq riski çox yüksəkdir. Düşünürəm ki, şaxtanın başlaması ilə […]
Xalq arasında məhşur olan və hər hansı bir insanın məntiq, düşüncə səviyyəsi və savadının olmamasına eyham olaraq «iki eşşəyin arpasını bölə bilmir» deyilir. Bəs 2 eşşəyin arpasını bölmək eləmi asandır? Bu yaxınlarda gözümə bir status keçdi, çox maraqlı yanaşmadır: İki eşşəyin arpasını bölmək, heç də göründüyü kimi asan iş deyil. Hər bir eşşəyin çəkisi, yaşı, […]
Olimpia filmi
Dünən «Olimpia» bədii filminin nümayişi » oldum. Yaxşı aktyor oyunu və komandası, incə yumor, melodrama və reallığın əksini tapan filmdir. Təəsüf ki, prokatda uğursuz olub. Yaradıcıların etirafına görə PR məsələsində heç nə etməyiblər. Amma tezliklə TV-də və YouTubeda olacaq. Ən vacib isə filmdə rolları real aktyorlar ifa edir, blogger və müğənnilər deyil. Ona görə də […]
Əsgərlik xatirələri
Lənkərandayıq, bir hadisə yadıma düşdü. Bir nəfər danışırdı ki, sovet vaxtı əsgərlikdə olanda bir talış hissədən qaçmışdı, tutub geri gətirirlər, amma deyir ki, qalmayacağam, yenə qaçacağam. Nəsə, buna təklif edirlər ki, zəng elə ailənlə danış, sakitləş. Bir nəfər də azərbaycanlı çağırırlar ki, ona qulaq as tərcümə elə. O da ailəsi ilə talış dilində danışır, bu […]