Nəhayət ki, kimsə tərpəndi, eSim Azərbaycana gətridi. iPhone userləri sabahdan qaçıb Bakcell -dən 2-ci nömrə alacaqlar. 1. Olan Sim nömrəyə əlavə 2-ci nömrə istifadə etmək olar. 2. eSim alaraq, Sim slotu başqa nömrə üçün boşaldıb, əvəz etmək. 3. eSim dəstəyi olan smart saatlara mobil nömrə əlavə etmək olar. Mobil operator üçün yeni nömrə satmaq və […]
Statistika
Belə baxanda boşanmaqdan imtina yaxşı statistik məlumat kimi göstərilir, amma bu həmin ailələrin və onlarının uşaqlarının xoşbəxt olacağı anlamına gəlmir. Əksinə, həmin ailə üzvlərinə daha çox travma yaşadır. Oxu.az: Cari il aprelin birinə qədər 378 cütlük boşanma üçün müraciət edib. Ötən il boşanmaq üçün 1.748 cütlük müraciət edib: “Mediasiya təşkilatlarının fəaliyyəti nəticəsində 268 cütlük boşanmaqdan […]
O gün bir tanış qız rəng məsləhət soruşur, deyirəm ki, pastel rənglər. O da qayıtdı ki, “Söhbəti niyə postelə fırladırsan, məni tupoy sayırsan, elə bilirsən heç nə başa düşmürəm?!» #gülbaşımıza
Həyatda 3 şeydən qorxuram:1. Böyük insan kütləsindən2. İlanlardan3. Çox uzun dırnaqlı qadınlardan (uşaqlıq nağıllarından Baba Yaqa travması) Ona görə dünən Crystal Holla getmək üçün Bayraq Meydanına çatanda izdihamı görüb, geri qayıtdım. Allah bilir, o izdihamın içərisində neçə nəfər uzun dırnaqlı qadın var! #gülbaşımıza #fobiya
Yalançı Leo
Leobank -ında zibili çıxıdı. Niyə Azərbaycanda ambisiya ilə başlayan proyektlərin sonunda xarabı çıxır. Əvvəl ATM-dən komissiyasız nağdlaşmanı unlimiteddən 2.000 manata endirdilər, sonra başqa şərtləri pisləşdirməyə başladılar. 2 gündür ki, hesabımdan nə nağd çıxara bilirəm, nə də mağazada ödənişlər edə bilirəm. Ona görə bəzi öhdəlik ödənişlərimi edə bilmirəm. Dəstək mərkəzinə 3 dəfə zəng etmişəm, deyirlər ki, […]
Xəstəlik…
Bir tanış qız var. Bir neçə il əvvəl sağlamlığı ilə problemlərə görə həkimə müraciət etmişdi. Maması ilə nevropotoloqa gedəndə, doktor «ərə get, düzələcək» demişdi. Anası tez tədarük görüb, axtarışa başladı və rəfiqələrinin köməyi nəticəsində yaxşı ailədən bir oğlan tapdılar. Evi, maşını, işi, dalında dayanan valideynləri… bir sözlə hər bir ananın arzusu. 6 aydan sonra toy, […]
Bond. James Bond
Green Card Lottery elan olunandan sonra bu şəkili Instagram-da storiyə qoymuşdum. O qədər təbrik edən oldu ki… Heç pasportdakı ada baxmadan, hamı ürəy atıb, təbrik edirdi. Sonra da deyirik ki, insanlar paxıldır. Bilmirəm paxıldır ya yox, amma kimsə xaricə köçüb gedəndə, yaxud işə düzələndə çox adam sevinir. O gün (müsəlman təqvimi ilə) poliklinikaya bir Akademiyada […]
Həyatda hər şey ola bilər. Birdən işdir də, məcbur olub getdim taksi sürməyə. Darıxanda sərnişinlə söhbət edərkən, desəm ki, bankda sədr müavini, Apple markasını mən Azərbaycana gətirmişəm, biznes sahibi olmuşam, öz publishing şirkətim olub, dünyanın çox ölkəsini gəzmişəm, bomba proyektlər eləmişəm zad… Sərnişin də ofisə çatan kimi post yazacaq ki, bu günki taksi sürücüsü elə […]
Açılış zad olanda bəzən klassik musiqi ifa edən kvarteti dəvət edirlər. Onlar da konservatoriya məzunları Avropa bəstəkarlarının əsərlərini ifa edirlər. Bir iki dəfə auditoriya baxıb, onlara məsləhət görmüşəm ki, bizim bəstəkarlardan olsa qonaqlara daha maraqlı olar. Həm də xalturnı çalırlar, ancaq «syoravno» başa düşüb, fikir verən olmur. Məsləhət görərdim ki, belə kvartetlərdənsə, xalq musiqisi ifa […]
Green Card
Kim udubsa, təbrik edirəm. Çıxın gedin, yeni həyata başlayın. Burada insanları uğursuz edən — ətrafdakıların neqativ olması, onun-bunun dalınca danışması, hər şeyi tənqid etməsi, paxıllıq, valideyn zorakılığı/təzyiqi, qohum, qonşunun fikrinə görə yaşamaqdır. Həyatınıza dəyişiklik gətirin. ABŞ-da asan olmayacaq, hətta çətin olacaq. Amma, burada da asan deyil, yuxarıda göstərdiklərimi nəzərdə tuturam. Heç olmasa bunlardan canınız qurtarar, […]