Kim udubsa, təbrik edirəm. Çıxın gedin, yeni həyata başlayın. Burada insanları uğursuz edən — ətrafdakıların neqativ olması, onun-bunun dalınca danışması, hər şeyi tənqid etməsi, paxıllıq, valideyn zorakılığı/təzyiqi, qohum, qonşunun fikrinə görə yaşamaqdır.
Həyatınıza dəyişiklik gətirin. ABŞ-da asan olmayacaq, hətta çətin olacaq. Amma, burada da asan deyil, yuxarıda göstərdiklərimi nəzərdə tuturam. Heç olmasa bunlardan canınız qurtarar, nəyə isə nail olarsınız.
Gənclərə isə hər zaman məsləhət görürəm ki, gedib xaricdə təhsil alsınlar, sərbəstliyə, öz problemlərini özləri həll etməyə öyrəşsinlər. Xoşları gəlsə, qalsınlar.
Xaricə köçüb getmək — vətənpərvər olmamaq deyil, orada olanlar uzaqdan öz Vətənini daha çox sevir, bəlkə də daha çox xeyir gətirə bilər.