Uşaqlar 3-5 yaş arasında çoxlu suallar verirlər ki, məlumat toplasınlar. Bu yaşda valideynlər onların suallarına cavab verərək, intelektinin yüksəlməsinə kömək etməlidir. Amma, çox valideynlər uşağı ya yola verir, ya da əsəbləşib qovlayır ki, işdən gəlmişəm/ev işlərindən yorulmuşam. Həmin uşaqlar böyüyür, amma suallara hələ də cavab axtarmağa davam edirlər. Ona görə sualları hər gün Facebook-da post […]
Kontuziya
Uşaq olanda Televizoru, maqnitofonu (o vaxt playerlər və qulaqlıqlar yox idi) yüksək səslə dinləyəndə, böyüklər “iBala, başımız getdi, səsini al!” deyirdilər. İndi başa düşürəm ki, bu nə deməkdir, sakitlik — hüzurvericidir. Bəlkə də qocalıq əlamətidir. Amma özümə ürək-dirək verirəm ki, bu kontuziyanın fəsadlarıdır. Çünki, MRT-dən sonra həkim dedi ki, beynim özümdən 10-12 yaş daha yaşlıdır […]
Lyuks həbsxana
Danimarkada 160 milyon dollara sərt rejim həbsxana yaradılıb. Ona “komfortlu dustaqxana” adı qoyulub. Məqsədi isə cinayətkarların rahat yaşayaraq bir daha cinayət işləmək fikrindən uzaq olmasıdır. Həmçinin həbsdən çıxandan sonra cəmiyyətə inteqrasiyası asan olsun deyə belə həbsxanaların olmasını daha effektiv sayırlar. Həbsxanada olanların otaqlarında soyuducu, şkaflar, yataq və televizor var. Dustaqlar binanın daxilində rahat hərəkət edə […]
Film və həyat
Real hadisələr üzərində qurulan seriallara baxırsan, bir nəfər ölür, səbəbini axtaranda o qədər zir-zibil açılır ki, hamı biabır olur, kimsə intihar edir, kimisə öldürürlər. Ona görə Azərbaycanda adam öləndə 1 günə dəfn edirlər ki, pox-püsür ortaya çıxmasın. Xalx nə deyər! Stalinin sözü olmasın «Net çeloveka, net problem». Düzünü elə bizdə edirlər.
Xəyanət insan yaranandan mövcuddur. Amma yüksək mobil texnologiyaların inkişafı keçmişdən fərqli olaraq xəyanəti videoya çəkib internetdə paylaşmağa imkan verir. #hightech
İngilis dilini öyrənin
Üstündə xarici dildə yazılar olan t-shirtlarlə ehtiyatlı olmaq lazımdır. Bayaq başı aşağı orta yaşlı qadın gördüm, şəkildəki maykanı geyinmişdi. Üzündən görünürdü ki, nə yazıldığından xəbəri yoxdur. Ona görə ingilis dilini öyrənin.
Sonrakı peşmançılıq
Hərdən peşmançılıq çəkirəm ki, niyə mən tupoy doğulmamışam. Nəyimə gərəkdir intelekt, oxuduğum kitablar, 2 iqtisadi ali təhsil, o qədər iş təcrübəsi, məntiqi düşünmə?! Yazdığım postları çoxmənalı, yumor və sarkazmla, söz soxmaqla yazıram, amma çox adam bunları görmür, tam başqa mənada, həm də çox mənasız yozur, hətta mənə qarşı istifadə etmək istəyənlərdə olur. İtirdiyim o 5-10 […]
Yas ənənəri
Amerikan filmlərində orta yaşlı ər və arvaddan biri öləndə o birisi böyük depressiya keçirir, həyatı bərbad olur, bəzən intihar da edir. Düşünmək olar ki, gör nə qədər güclü sevgi-məhəbbət olub ki, dözə bilmir — əsasən Qadınların çoxu belə düşünür. Amma, məsələ ondadır ki, biri öləndən sonra o biri tək qalır, dərd basır ki, yalnız qaldı. […]
Azərbaycanlılara «həyatının mənası nədir?» sualıma heç kim ər yaxud arvad cavabı verməyib. Daha çox uşaqlar yaxud iş deyirlər. Ona görə də «ərinin ayağını yumaq» ifadəsi hamıya pis toxunur. #gülbaşımıza
İnsanlar emosional olaraq, düşünmədən başqasına elə pislik edir ki, adamın evi yıxılır, nə qədər insan bundan əziyyət çəkir, hətta kimsə buna görə dünyasını dəyişir. Amma həmin adam heç nə olmamış kimi yaşayır, sadağa verərək, özünü yaxşı adam hesab edir. Bizə deyiblər ki, ölümdən sonra həmin adamlar cəza alacaqlar, cəhənnəmdə yanacaqlar filan. Roma Papası Fransisk də […]