Рубрики
Наблюдения

Yağış yağır, inanmırsız

Hər dəfə yağış yağanda hamı yolların su axınından şikayət edir. Amma, problemin əsası çox əvəllər qoyulub.

Sovet vaxtı kanalizasiya sistemi qurlunada tikintiyə ayıralan pullar yeyilirdi və çox keyfiyyətsiz iş görülürdü, bəlkə də kanallar daha ensiz tikilirdi ki, aradakı vəsaitləri mənimsəsinlər. Sovet vaxtı bu normal sayılırdı. Düşünürdülər ki, Sovet hökümətindən oğurlayırlar, amma nəticədə gələcək (indiki) nəsil əziyyət çəkir.

İkincisi, o zaman heç kimin ağlına gəlməzdi ki, nə vaxtsa Bakıda bu qədər sakin, yeni binalar və avtomobillər olacaq. Xalxın imkanı o qədər olacaq ki, çox yeyib, çox da kanalizasiyadan istifadə edəcək.

Digər tərəfdən də şəhərin hər yerində yeni göydələnlər tikilir, kanalizasiya sistemi isə buna tab gətrimir.

İndi isə yenidən bu sistemi qurmaq üçün millardlar lazımdır.

Onsuz da Bakı sakinləri hər il yayda istidən, qışda küləkdən, payızda yağışdan və kanalizasiyaların daşmasından gileylənirlər. Hələ də öyrəşə bilmirlər.