Рубрики
Мысли вслух

Metroda xətlərin ayrılması

Metroda xətlərin ayrılması yəqin ki, hesablanmış və planlaşdrılmış qərardır. Aydın məsılıdir ki, Drənəgül-Nizami gedişi Müvəqqəti çətinlik yaradacaq. Çünki, əsas sərnişindaşımada Dərnəgül-Həzi Aslanov stansiyaları arasındadır.

Məni maraqlandıran isə xətlər ayrılandan sonra 28 May — Cəfər Cabbarlı stansiyaları arasındakı sərnişin keçididir. O qədər sərnişin axınını təmin edə biləcəkmi?

Hər iki stansiya ilk tikilənlərdir. 60-cı illərdə Bakının bu qədər böyüyəcəyi heç kimin ağlına gəlmirdi. Hətta 2 stansiya arasında işləyən qatarın insan axını çox olur. Xətlər ayrılanda isə tıxac yaranacaq.

Xətai — Həzi Aslanov xətti nə zaman işə düşəcəyi isə məlum deyil. Metropolitenin planında çoxsayda stansiyalar və yeni 2 xəttin olacağını deyir. Amma, hələlik sərnişinləri çətin vaxtlar gözləyir.

Deyərdim ki, avtomobil alın, amma yerin üsründə də vəziyyət çox müşküldür.