Dünən baş verən «uçan BOLT» qəzasına hər cür post və şərhlər yazılıb.
«BYD-nin reklamı oldu, gərək ona BYD maşın bağışlasın» deyənlər də az deyildi, hətta BYD tag ediblər.
Ay Bala, nə reklam?! Qayda pozan, sürət həddini aşan, sərnişini və digər sürücülrəi təhlükəyə atandan nə reklam?! Avtomobil istehsalçısı belə hadisələri sevmir və istifadə etmir. Hələ bir maşın da bağışlasın, yox bir aylıq maaş da versin, ev də alsın!
Avtomobil sürücünün deyil, Bolt ilə əməkdaşlıq edən şirkətindir. Yəqin ki, Kasko sığörtası var. Sürücüyə nə dəxli?! Məlum oldu ki, heç sürmə hüququ da yoxdur, kimisə əvəz edirmiş və məhkumluğu var. Ona maşın verənin də evini yıxdı.
Hələ də qəzanın səbəbi «idarəetməni itirib» açıqlaması ilə olub. Bu açıqlama deyil axı!