Рубрики
Мнение

Eyvan

Ancaq kinolarda səhər kimsə oyanıb, pijamada eyvana (balkon) çıxır, dartınır və ərinin/sevgilisinin (bu da az olan zaddır) gətirdiyi kofeni içir. Reallıqda isə belə edən adam tək-tük olar, o da ildə 1 dəfə, tembolee Azərbaycanda. Ən azından qonşular görüb, nə deyər məntiqi də var daa. 

Eyvan əsasən bizim Diyarda nə isə saxlamaq (anbar məqsədi), zivə, yaxud smoking area kimi istifadə olunur (spiçka və siqaret kötüyünü də mütləq balkondan atmaq şərti ilə), o da ya mətbəxin yanında olmalıdır, yaxud living roomun (xalq arasında — zal) yanında.

Yəqin, bizimkilərdə binanın arxitektoru və interyer dizayneri fərqli adamlardır və bir-biri ilə danışmırlar, yəqin dalaşıblar. #gülbaşımıza

P.S. Amerikada living room (yaşayış otağı) deyirlir, bizdə isə ya zal, ya da qonaq otağı, yəni bu otaq ancaq qonaq gələndə ya da mərazimlərdə istifadə olunur, vaxtı isə mətbəxdə keçirirlər.