Keyfiyyətli ayaqqabı insan kimidir, daxili də keyfiyyətli olmalıdır.
Kişilər tərəfindən vaxtaşırı mənə bu barədə suallar verilir. Azərbaycanda isti sezon uzun olduğu üçün ayaqların tərləməsi adi haldır. Ona görə də keyfiyyətli ayaqqabı almaq lazımdır ki, bu verməsin baş.
Ayaqqabının keyfiyyətini necə təyin etmək olar?
1. Təbii dəridən olması vacibdir ki, nəfəs ala bilsin.
2. Astarı da təbii (quzu dərisindən olur) dəridən olmalıdır. Çox zaman xarici hissəsi dəridən olan ayaqqabınin içirəsində süni materiallardan olur ki, maya dəyəri aşağı olsun. Bu halda da ayaqlar çox tez tərləyəcək, o da ayaqlar üçün heç də yaxşı deyil, həm saölamlıq problemi yaradır, həm də tər iyinin olması ətrafdakılarda pis təəsürat yaradır.
Çox adam qara rəng ayaqqabıları universal sayır, amma qara rəng formal rəngdir. Gündəlik (ofisə, görüşlərə, gəzintiyə və s.) qəhvə, konyak, siqar, zaqar rəng ayaqqabı geyinmək daha yaxşıdır. Həm də bu rənglər köhnəldikcə vintaj görünüşü alır ki, bu da son illər dəbdədir.
Tarixi:
Bəlkə də bilmirsiniz, amma vintaj stil ingilis aristokratlarından gəlir, çünki onlar ayaqqabını uzun müddət istifadə edirdilər, bu da onun yüksək keyfiyyətli olması anlamına gəlirdi. Brogue, wingtip (full brogue) isə ingilis fermerlərindən götürülüb. Onlar suda çox işlədikləri üçün, ayaqqabıdan suyun çıxması üçün çoxsayda dəliklər açırdılar. İndi isə onlar sadəcə dekordur. Bu ayaqqabı qeyri formal olduğu üçün formal kostyumla geyinilməsi qəbul olunmayıb, jeans və çinos şalvar ilə qəşəng görünür. Mejduproçim, bu ayaqqabıları artıq qadınlar da istifafə edir. Kim var aranızda?
Deyəcəksiniz ki, yaxşı ayaqqabı baha olur. Bunu deyənlər üçün 80-90% endirimi olan online outletlər var. $300-400 qiymətində olan ayaqqabıları SU qiymətinə almaq olur.
Öyrənin də, kosmosa aparmayacağam ki! #mensfashion