Рубрики
Экономика

SMMşiklər

Son zamanlar Instagramda qarşıma tez-tez çıxan reklamlar ayaqqabıların restavrasiyasıdır. Şəkil qoyub yazırlar ki, məsələn «Gucci ayaqqabını bax belə qəşəng restavraiysa etdik, köhnə və yırtılmışı təp-təzə vəziyyətinə gətirdik.”
Məni bir sual maraqlandırır, bu reklam kimin üçündür?

Əgər Gucci (şərtidir, bahalı marka nəzərdə tuturam) geyinən kəs üçündürsə, o ayaqabının yenisi 800-1000 dollardır, onu alan adam zəngin olmaldıır, niyə köhnəsini restavtasiya etsin ki, gedib yenisini alar da. Əgər az imkanlı adam üçündürsə, o yazıxda Gucci hardandır? Gedib, 50 manat restavrasiya verməkdənsə, üstünə 50-da atıb, clearence (moşnı endirim) satışlarında yeni orta marka ayaqqabı alar da (Amerikan outletlərində 300-400 dollarlıq premium marka ayaqabını 30-100$-a almaq olar).

Bu mağazanı VİP adlandırıb, geydirmə və ucuz mal satmağa bənzəyir. Nə VİP person gedəcək, nə də real alıcı. 1 ildən sonra da mağazanı bağlayacaq, pullar da itəcək. #gülbaşımıza