Рубрики
Мнение

Gorbi öldü

Qorbaçovun ölümünə hamı sevinir. Gorbagor olsun!

Amma, adam ömrünün yarısını rəhbər vəzifələrdə olub, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş sədri seçilib (Amerikada Prezident seçilmək ondan asandır), ölkəni dağılması üçün ABŞ-dan yaxşı pul alıb, Qarabağı ermənilərə satıb, yenə böyük rüşvət götürüb. Sonra sülh üzrə Nobel Mükafatı — 1 milyon dollar alıb. 92 il yaşayıb, var dövlətin içərisində. Etdiklərini isə xeyirxah iş sayıb, tarixə CİA dağıda bilmədiyi, dünyanı qorxu altında saxlayan kommunist ölkəsini dağıdan, Almaniyanı birləşdirən, Avropanı kommunistlərdən azad edən şəxsiyyət kimi tarixə düşüb. Elə sevinirsiniz ki, elə bil 150 il yaşamalıydı, ac-yalavac 92 il yaşayıb. Daha bundan artıq ona nə lazım idi ki?!

Sevinmək o zaman olardı ki, onu Qaaqa Məhkəməsində yaratdığı müharibələr, 20 yanvar hadisələrinin təşkilatçısı, 100 minlərlə ölümlərə görə mühakimə edərdilər.

KGB-nin keçmiş sədri Andropovu öldürən Qorbaçov, onun yerinə gələndə bilirdi ki, bir gün özünü də məhv edəcəklər. Ona görə də böyük gəlir qarşılığında SSRİ-ni dağıdıb ki, özünü qorusun və zənginləşsin.

Çox sadəlövhsüz e! Heç olmasa tarixi zadı oxuyub, maraqlanın da.