Рубрики
Мнение

iPhone 14 Pro

iPhone 14 Pro alassan (alacaqsan)?

Dünən O təqdim olundu. Kimsə sevincdən ağlayıb, kopilkasındakı pulları saymağa başladı, kimsə məyus olduki inqilabi heşzad yoxdur, kimsə də öz 13-nə baxıb şükür elədi və rahat nəfəs aldı ki, bu il yenisini almaq məcburiyyətində deyil.

Bu günki top smartfonlar elə həddə çatıb ki, yeni nəsə təklif etmək çox çətindir. Sadəcə hər il yaxşını bir az yaxşılaşdırırlar. Bir də smartfonun dəyişmə müddəti 3 ilə qədər uzanıb, yəni 2 model sonra dəyişilir. Onsuz da heç kim onların 10% imkanından istifadə etmir, yalnız imic üçün alır ki, dostlarının yanında pantavatdıx eləsin.

Apple injiner və developerlırin hər çatışmazlığa interfeys dizaynda elə qəşəng tətbiq tapırlar ki, hamı deyir «wow, wow, nədə ə bu?!» Məsələn, 14 Pro-dakı ekran dəliklərinə push notifications kimi. İndi də bu moda minəcək yəqin.

iPhone 14 elə 13-ün tayıdır, yalnız əlaəv model olan 6.7″ Max versiya ilə fərqlənir. 13-ü olanlar sevinsin, bu il kreditə girmək lazım olmayacaq. 13 mini isə rəhmətə getdi, çünki az alınırdı.

Kstati, amerikan bazarı üçün iPhone-lar ancaq eSim ilə olacaq, fiziki sim-kart yeri olmayacaq. Ya gərək Bakcell-ə qoşulasan, ya da burda rəsmi gələndən, daha baha alasan. Bu hal Azercell-i və Azerfonu bəlkə məcbur etdi ki, eSim ə keçid eləsin.

P.S. Peykə qoşulma ancaq ABŞ-dadır, bizdə iPhone 21 olanda işləyər, inşallah.