Рубрики
Мысли вслух

Qocalar üçün Ev

«Utanmır, Anasını qocalar evinə verib!» — belə ifadələr bizdə pis qəbul edilir. Çünki, dastoynı qocalar evi yoxdur.

Qərbdə bu məsələ çox yaxşı həll olunub. Hərənin cibinə görə qocalar evi var. Ona görə gənc yaşlarından çox adam pensiya sığortası edir ki, uşaqların əlində qalmasın. Qocalanda isə öz puluna yaxşı qocalar evi seçib, həyatının son illərini orada yaşayır. Heç kimi bezdirmir, istədiyi hər şeyi alır. Darıxmır, öz həmyaşıdları ilə bütün günü ünsiyyətdə olur, keçmişi müzakirə edib, yada salırlar, seriallara birlikdə baxıb, müzakirə edirlər. Evdə olsa isə uşaqlar hərəsi öz işində, çox zaman bir-birini anlamır, onların həyatına müdaxilə edir və sairə. Həm özü əsəbləşir, həm ailədə gərginlik yaranır.

Bizdə, bildiyim qədər belə evlər yoxdur. Amma, lyuks otel tikmək yerinə yaxşı Qocalar Evi tikib, həm yaxşılıq etmək olar, həm də pul qazanmaq. Qocalar da məmnuniyyətlə ora gedər, öz pulu olmasa da, uşaqlar pulunu verər. Beləliklə də hamı razı qalar.

Şəkildə: İspaniya və ABŞ da qocalar evi.