Рубрики
Кофейные истории

Keto Qəhvə

Kofe bir dəryadır, öyrəndikcə yeniliklər tapırsan. Onu deyim ki, kofe insan sağlamlığına çox xeyirlidir. Əlbəttə ki, söhbət əsl kofedən gedir, həll olunan (rastvarimıy) və aşağı keyfiyyətlidən deyil.

An American Lifestyle Guru Dave Asprey Tibetdə olarkən Bulletproof Coffee-ni aşkar edib və onun sadə kofedən daha xeyirli olduğuna əmin olub.

Bişirilmiş yaxud dəmlənmiş kofenin içərisinə ghee yağı (bizdəki ərimiş yağın hind analoqu), kokos yağı yaxud kərə yağ əlavə olunur (bir az vanil də atmaq məsləhətdir). Bu kofeni daha yumşaq edir, beyin aktivliyini artırır, insulinin artmasının qarşısını alır. Səhər ac qarnına kofe o qədər xeyirli olmadığına görə yağ bunun qarşısını alır. Bu növə #KetoCoffee də deyirlər.

Son 1 ayda həyat tərzimi 8/16 interval aclıq sisteminə (həmçinin şəkər və un məmulatlarından imtina) keçirdiyim üçün araşdırmalar edib, tətbiq edirəm. Sağlamlığa, beyin aktivliyinə, yaddaşın yaxşılaşması, daxili hissiyata yaxşı təsir edir.

Öyrənin də, kosmosa aparmayacağam ki?! #çoxbilmiş

Sual: Bilirsənmi, bişirilmiş və dəmlənmiş kofenin fərqi nədir?