Рубрики
Экономика

GPay gəldi…

#GooglePay (Wallet) də #ApplePay-in arxasınca Azərbaycana gəldi. Bank xidmətləri 1 addım önə irəliləyə bildi. Buna da şükür! Yerli bazarda payı ən böyük olan Samsung isə hələ də dərin yuxudadır, halbuki ən çox satılan Galaxy smartfon və saatlarıdır.

Bu kontaksız ödəniş sistemləri gələcəkdə plastik kartları əvəz edəcək. Məsələn, virtual digital bank kartlarını da bu Pay-lərə əlavə edərək ödəniş etmək olur, həm online alışda, həm də POS Terminallarda. Mart ayında Avropada olanda bu xidmətdən (digital card) istifadə edirdim, artıq fiziki karta ehtiyac qalmır (Pont üçün portmanesində milyon dənə kart gəzdirənlərin gözü yaşlı. Elələri də var, əsasən də moşenniklər vaxtı keçmiş kartları ora qoyur).

Amma bir Əmma var. GPay Azərbaycanda yalnız smartfonlarda işləyir, smart saatlara bu funksiyanı hələ əlavə etməyiblər. Bunu Google Helpdəki ölkələrin siyahısında da görmək olar. Yenə yarımçıq iş.

Bu cəhətdən Apple bir az daha səlist iş görür, yavaş olsa da. Amma onları da tərpətmək lazımdır. Vaxtilə Apple ilə işləyərkən Mac-a Azərbaycan klaviaturasını, region kimi əlavə olunmasını, App Store ölkəmizdə açılışını dava-şava ilə məcbur etmişdim. Paşti, Apple Europa-nın prezidentinə söyüş qoymuşdum ki, App Store açmayanı…

Android-lərinizi yəhərləyin, Google Wallet tətbiqini yükləyin, bank və digər kartlarınızı əlavə edin. App çox asandır.

Google Wallet iOS üçün də var, amma iPhone-da Apple Pay olduğu üçün aktual deyil.

P.S. Telefonda NFC (kontaksız ödəmə çipi) olmalıdır. Bəzi bankomatlarda da artıq NFC var, onlara da kontaksız qoşulmaq olur.

Kontaktsız (çox adam buna WiFi deyir) ödəmə yoxsa plastik kartla ödəniş edirsiniz?

#çoxbilmiş #XəbərçiXədicə