Рубрики
Мнение

Sloqan

Rus şairi A.S.Puşkinin kasıb olan vaxtlarında bir alman manufakturaçı gəlib ona deyir ki, səndən 4 söz almaq istəyiəm. Saşa da elə bilir ki, kimsə onunla məzələnir, həmin adamı döymək istəyir. Amma, gələn adam deyir ki, onun şeirindən 4 sözü — «Яснее дня, чернее ночи» sətirini öz məhsulu olan sapoq kreminin üzərində sloqan etmək istəyir. Razılaşırlar, Puşkin pul alır, alman sahibkar isə qəşəng sloqan.

Əsrlərin keçməsi, informasiyanın geniş yayılmasına baxmayaraq, yerli sahibkarlar sloqan, naming, branding deyilən zadlara pul vermək istəyində olmurlar, onu artıq xərc hesab edərək, öz «kreativlərini» yaradırlar. Ətrafındakı yaltaqlarda ona dahi deyib, tərifləyirlər.

Rəhbər yıxılanda isə onu ən çox təpikləyən məhz həmin tərif və yaltaqlıq edənlərdir. Çünki, maaşının yüksəlməsi üçün bunu edərək, beynində özünü alçalmış hesab edir. Ona görə də imkan düşən kimi intiqam alırlar.

İnsan şüuru və psixologiyası çox müşküldür, bir butulka prossekkosuz anlamaq çətindir. Alkoqol isə beynin düşünmə məhdudiyyətlərini ortadan qaldıraraq yeni fikirlər və fəlsəfi müzakirə yaradır.

Öyrənin də, Cənnətə aparmayacağam ki?! #çoxbilmiş

P.S. Kstati, Cənnətdə axar şərab bulaqlarının olacağı deyilir.

Aşırı alkoqol sağlamlığa ziyandır, az həcmlərdə xeyir.