Рубрики
Вспомнить все

AyBiləl

90-сı illərin sonunda hər gün ofisimizə maraqlı qonaqlar gəlirdi. O zaman bir zavod direktoru ilə tanışlıqda maraqlı hadisə danışmışdı:

SSRİ dağılan vaxrlarda İrandan gələn bir nəfər azərbaycanlı onun yanına gəlir və özünü fabrikant kimi təqdim edir. Ayaqqabı fabrikası varmış Təbrizdə. Danışıqlar əsnasında müqavilə ilə 3 gəmi metal alır, ödəniş isə mal İrana çatanda edəcəyinə söz verir. Ümumi məbləğ isə bir neçə milyon dollarmış. Bizimki, malı yükləyib göndərir və ödənişi gözləyir. Bununla da İT də gedir, İP də.

Bir neçə ay xəbər olmadığından özü durub gedir Təbrizə. Böyük ayaqqabı fabirkasının sahibi olan Bilalın axtarışına başlayır, amma belə adam tanıyan olmur. Çox uzun axtarışdan sonra kimsə deyirki, filan bazarda o adda və oxşar çəkməçi Bilal var. Gedb tapır ki, elə odur. Baxır ki, bazarda balaca budkası var, çəkmə tikir. Bizimki də şok olub soruur ki: Ayaqqabı fabriki budur???

Bilal da qayıdır deyir: «Ağa, məni niyə alçaldırsan, bunun nəyi fabrika deyil ki?!»

Elə də pulu ala bilmir, neçə milyon dollar da belə gedir. Danışanda da ah çəkib «AyBiləl» deyirdi.

Hərdən görürəm ki, bəziləri heşzad olmayan yerdə elə əfsanələr danışır ki, kənardan baxanlar onun uğuruna həsəd aparır və depressiya yaşayır ki, hamının hər şeyi var, onun yox.