Рубрики
Мнение

Diskussiya nədir?

Dünən moşnı diskussiya olub, axşam baxanda dəhşətə gəldim. Emosiya və təhqirlərin sayı çox olduğu üçün görünməz etmişəm.

Bir neçə məsələni aydınlaşdırmaq istərdim.

Azadlıq — insanların fikir və mövqelərini (alternativ) sərbəstliyi.

Demokratiya — cəmiyyətdə müxtəlif fikirlərin olması və müzakirə edilməsi.

Diskussiya — insanların müxtəlif mövqelərdən çıxış edərək, bir-birini dinləməsi, məsələnin müzakirə edilməsi, qarşı tərəfin mədəni və əsaslı şəkildə sübut və dəliilərlə fikrinin dəyişdirmək.

Siyasət — dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsi.

Kompromiss — Qarşılıqlı güzəşt əsasında razılaşma; kiməsə nədəsə güzəştə getmək; müəyyən maraqlardan imtina edib güzəştə getməklə ümumi razılığa gəlmək.

Beyin və zəka — insana verilən ən böyük alətdir, ondan istifadə edə bilməyənlər bədbəxt olmağa düçardır. Oxuyub, dinləyib, anlayıb, analiz etmək bu funksiyadan istifadə etməkdir.

Savadsızlığın, məntiqsinzliyin, diktaturanın göstəricisi:
“Əgər sənin firkin mənimkindən fərqlənirsə, deməli tupoydur.”
“Sən mənimlə razı deyilsənsə, deməli düşmənimsən.”

Mövqeyim: İnsanların mövqeləri fərqli ola bilər, olmalıdır da, çünki, hamı eyni fikirdə olsa, bu Corc Oruelin “1984”-ü olar (oxumayanlar, agah olmayanlar internetdə qısa məzmun tapa bilər). Hər birinin mövqeyinə hörmətlə yanaşıram, amma təhqir varsa, qəbul etmirəm. Omar Xəyyam demiş, “Təhqirlərinizi qəbul etməyincə, onlar sizə aiddir.” Sözü çatmayan və zəif insan təhqirə keçir. Əgər siz alternativ mövqeni qəbul etmirsinizsə, sizin Putindən fərqiniz nədir?!

“Siyəsətdən yazma” deyən şəxslərə demək istərdim ki, siyasətin nə olduğunu öyrənsinlər, bu siyasi mövzu deyil, insanı mövqedir.

Yekə-yekə adamlar elə biz uşaq bağçasının qumluğunda bir-biri ilə elə mübahisə edir, elə bil Tanrı buradakı fikirləri oxuyub qərar qəbul edir. İnsanların əsl üzünü, səviyyəsini görmək istəyirsənizsə, onlara imkan yaradın.

Ukraynaya müharibədən az itkilərlə qalib çıxmağı arzulayıram. Təəsüflə demək istəyirəm, tarix sübut edib ki, Rusiya ətrafında yerləşən heç bir ölkə buna nail ola bilməyib. Rusiyanı əsrlərlə dağıtmaq cəhdi olsa da bu mümkün olmayıb. Putin gedəcək, başqası gələcək, amma siyasət dəyişməyəcək. Yelçin kimi demokrat SSRİ-ni dağıtdı, amma əvəzində MDB qurdu. Diqqətlə baxsaq, elə eyni poxdur, yenə də qonşu ölkələrdə münaqişələr yaradaraq, onları öz əsarətində saxlayır, ancaq arada insanlar ölür.

Atalar deyib ki, düşmənə qalib gələ bilmirsənsə, onunla dostlaş.

Unston Çerçil isə qərbin siyasətini bu cümlə ilə göstərib: “Əbədi düşmənçilik yoxdur, ölkənin maraqları var.”

Heç kimdən fikrinə görə incimirəm, sadəcə nəticə çıxardıram, kimin nəyə qadir olmasını görürəm.