Рубрики
Мнение

K&K Ko

Hərdən eşidirəm ki, Novruz “qəhrəmanları” Keçəl və Kosanı Sovet ideoloqları yaradıb. Bu nə qədər həqiqətə uyğundur? Mənə elə gəlir ki, bu çirkinliyi etiraf erməmək üçün belə deyilir.

Məncə bu “kreativ” sovet «dizaynına» bənzəmir.  Məzələn, Şaxta Baba və Qar Qız — Ded Moroz və Senquroçkanın kopyasıdır, bu dəqiq o dövrün məhsuludur. Keçəl və Kosa isə bizim “dizaynerlərin» işinə bənzəyir. Molla Nəsrədin obrazının antiqəhrəman versiyalarıdır. Məsələn,  müasir yerli kinemotoqrafa baxsaq, komediyalarda onlara bənzər obrazların müasir versiyasını görürük, tamaşaçılar da onlardan kayf tutur, gülüb-şaqqanaq çəkir. Mən, liçni, onları görəndə əzab çəkirəm, çünki papiros və ona bənzər məhsulalrın çəkilməsinə qarşıyam.

32 ildir sovet hakimiyyəti dağılıb, amma bu K&K Co hələ də onları niyə ləğv edib, yeni Cool qəhrəmanlar yaratmırlar? 

Baxın, Marvel bütün dünyaya nə qədər Herolar yedizdirib kİ, uşaqlar onlara bənzəmək istəyir, amma bizim kişilər böyüdükcə ya Spider-Menə, ya da Keçəl və Kosaya bənzəməyə başlayr, çünki, şüuraltında uşaqlıqdan onlar yazılıb. İçində Captain America olanlar da var, amma çox çıqqılı sayda. #gülbaşımıza