Рубрики
Travel

Muzeydə

O gün (müsəlman təqvimi ilə) esklatorda öpüşən qızla oğlanın şəkilinin altında bir «maraqlı» şərh oxudum: «Mən öpüşmələrinə qarşı deyiləm, amma mənim uşaqlarım niyə bunu görməlidir axı.»

Uşaqların kişi və qadının bir-birilərini sevdikləri üçün öpüşməsini görməkdə pis heç nə yoxdur, əksinə onlarda əks cinsə qarşı sevginin yaxşı bir emosiya olduğunu öyrədir.

Uşaqlar zorakılıq, yalançılıq, tərbiyəsizlik, zibilin çölə atılmasını, harada gəldi avtomobil yolundan keçən valideynlərini, cinayət, insan ölümü, təhqir, valideynlərinin, yaxud ana və nənəsinin qırğınını görməməlidir, sevgini isə görmək ona gələcəkdə xoşbəxtlik gətirəcək.

Bir-birini sevənlərin hisslərinin bir-birinə ötürülməsinin ən sadə yolu öpüşməkdür.

D’Orsey muzeyində həm şəkillər, həm skulpuralarda çılpaq kişi və qadınlar, öpüşlər, sevişmələr əks olunur. Muzeydə gördüyüm bir səhnə diqqətimi çəkdi. Məktəb uşaqları pilləkəndə oturub, müəllimənin incəsənət haqqında mühazirəsini dinləyirlər.

Amma bizimkilər nə uşaqları belə muzeylərə aparır, nə də özləri gedir. Çünki, belə məhşur muzeylər «əxlaqsızlıq yuvasıdır».