«Fedelity» İtalyan serialına baxıram, simpatiçni professor, yazıçı rahat arvadı ilə yaşayır, romantik hissləri var. Bir gün qəşəng tələbəsinə ürək dirək verən yerdə, qızın halı pis olur və professorun qucağına yıxılır. Bunu görən başqa tələbə dekana suçkalıx eliyir.
Dekan da professorun boynuna qoyur ki, tələbənlə yatırsan, evdə arvad qısqanmağa başlayır, gedib qızla razborka eliyir, sonra da ərini atıb başqa maço tapır. Professoru Unidən qovurlar ki, ayıb olsun sənə. Tələbə qız da Unini atıb Milandan Riminiyə ata evinə qayıdır.
Kişi də qızdan nə qədər uzaq dursa da heç kim ona inanmır. Dərdini qəşəng italyan şərabında tapıb, içir, sərxoş olur. Səhər isə hamısına tüpürüb, qızın dalınca gedir və aralarında əməlli-başlı roman başlayır. Deyir ki, «mən hamını və özümü inandırmağa çalışırdım ki, aramızda heç nə yoxdur. O qədər deyirdilər, amma sən demə mən kor olmuşam.»
Valla, kişiləri çox zaman elə arvadı, müdiri stressə salmaqla sevgililərin qucaqlarına atır. Sonrada deyirlər ki, kişilər gəzəyəndir. #gülbaşımıza
Рубрики