Рубрики
Психология

Ana: US vs Az

O gün Netflix-də “Nocturnal Animals” filminə baxıram.

Amerkanski ana qızı ilə söhbət edir:

— Ayma, mən Edvarda ərə gedirəm.

— Sənə ərə getmək hələ tezdir, 25 yaşın var, oxumaq, karyera qurmaq lazımdrı ki, ərindən asılı olmayasan. Bir də ki, Edvard sənin tayın deyil, sonra peşman olacaqsan.

— O yaxşı oğlandır, onu sevirəm.

— Qızım ürəyin istəyirsə onunla görüş, hətta bir yerdə yaşa, amma nigaha bağlama… Mənim təcrübəmə inan, qızlar sonunda anasına çevrilir.

Bizdə Ananın qızı ilə söhbəti:

— A Bala, nə vaxt ərə gedəcəksən? 25 yaşın var, camaatın qızları uje məktəbə uşaq yola salır. Heç olmasa əmin oğluna ərə get, sonra səni alan olmaycaq.

— Mama, amma onu oğlanı çox istiyirəm….

— Az, başınga at təpif, səni onnan görsələr, biabır olub, yerə girərik. Ancaq nişanlananan sonra görüşə biləsziniz. Bildin, eşidib-bilsəm, atan səni tikə-tikə doğruyar. #gülbaşımıza