Рубрики
Мнение

2-ci Karib krizisi

Hamı Putini qınayır ki, Ukraynaya təcavüz etmək istəyir. Məqsədi isə ABŞ və NATO-nu sərhəd qonşu ölkəyə buraxmayaraq, özünü qorumaqdır. Arada Ukrayna qalır.

Bənzər hadisə 1961-ci cildə — Karib böhranı olmuşdu. ABŞ Türkiyədə orta məsafəli balistik raketləri yerləşdirilməsinə qarşı SSRİ Kubaya öz nüvə raketlərini yerləşdirmək üçün dəniz qüvvələrini göndərmişdi. ABŞ elə qorxuya düşmüşdü ki, 3-cü dünya müharibəsinə hazırlaşırdı. Əhali evlərinin zirzəmilərini nüvə müharibəsinə qarşı hazırlayırdılar, mağazalardan hər şeyi alıb, yığırdılar.

ABŞ Türkiyədəki raketlərlə SSRİ-nin bütün şəhərlərini, hətta Moskvanı vura, Sovetlər isə Kubadan Amerikanın qərbini və Vaşinqtonu 20 dəqiqədə məhv edə bilərdi. Vəziyyət o qədər gərgin idi ki, vot-vot müharibə başlayacaqdı.

Amma, sonra razılığa gəldilər, çünki heç bir tərəfə müharibə lazım deyildi. Bu mühribədə heç kim qalib ola bilməzdi. Sonunda hər ikisi öz raketlərini çıxartdılar və müqavilə imzaladılar.

İndi də eyni ssenari Ukraynada baş verir. Hər ikisi onlardan istifadə edib, öz aralarında oyun aparırlar. Sonda danışıqlar olacaq, Bayden reytinqini qaldıracaq, Putin isə öz gücünü göstərəcək.

P.S. Kişilərin müharibə olarsa, ukrainkaların Azərbaycana kütləvi köç etməsi ümidləri fantaziya olaraq qalacaq.

#çoxbilmiş