Рубрики
Мысли вслух

Bəlkə problem almadadır?

Bütün tarix boyu insanlar yenilikləri qəbul etməkdən qorxublar və X əsrdən “dünyanın sonu” gəldiyini düşünüblər. Amma buna baxmayaraq XXI əsrdə yaşayırıq, lakin həlkə də insanlar X əsrdəki kimi düşünür. Hamıya elə gəlir ki, “zaman dəyişib, insanlar daha pis olub”, amma qədim əsərləri oxusaq, görəcəyik ki, heç nə dəyişməyib. Sadəcə, yaş artdıqca, dünyagörüşü dəyişir, çəhrayı eynək öz effektini ititir və reallıq görünür.

Əgər insanın yaranma əfsanəsinə baxsaq görərik ki, Həvva Adamı yoldan çıxarıb, qadağan olunmuş almanı yeməyə məcbur edib. Almanı yeyəndən sonra görüblər ki, çılpaqdırlar (elə o zamandan qadınlar ərlərindən hər gün yeni paltar istəyir). Əvəzində də onlar Cənnətdən yerə qovalayıblar. Oğulları olan Qabil Habili paxıllıqdan, qız üstündə “pıçaxlıyıff». Peygəməbərlər insanların davranışını qaydaya salmaq, onların həyatını dəyişmək istəyəndə, insanlar əvəzində onları məhv ediblər.

İnsanlar dəyişmir, texnlolgiyalar dəyişir.

Kstati, niyə Cənnətdə alma yemək olmazdı, indi isə hər köşk, mağaza və marketdə satılır? Bəlkə elə bütün problemlərimiz bundan başlayır? #gülbaşımıza

P.S. X — “iks” deyil, Onuncu əsr deməkdir.