Рубрики
Вспомнить все Кино

Prokurorşa

Səhərin gözü açılmamış Netflixdə italyan “İl Processo” serialının pilotuna baxdım. Baş qəhrəman — prokuror, gənc qadındır. Bir hadisəni xatırladım (mənim də hər zada həyatımdan 100% bir hadisə var).

2012-ci ildə Elmar Mustafazadeh ilə Kiyevə getmişdik. Oradakı biznes partnyorumuz bizi iş görüşməsindən sonra axşam yeməyinə dəvət etdi. Restoranda oturmuşduq, bir qəşəng ukrainka gəldi. Partnyor da bizi fəxrlə tanış etdi ki, bəs “mənim ceyranımdır”. Tanışlıq əsnasında bildik ki, bu gənc qız okazimiçka prokurordur.

2 gün sonra Odessaya konfransa getdik. Həmin qız da həmkər rəfiqələri ilə başqa maşında axşam Odessaya gəldilər. Axşamlar kluba gedəndə, danışırdılar ki, Ukraynada prokurorluğa qızlar gedir, çünki kişilər üçün bu iş sərfəli və maraqlı deyil, kişilər biznesə maraqlıdırlar. Və deyirdilər ki, qadın prokurorlar işlərə dərin analitika və daha diqqətlə yanaşır.

Vapşe mən hüquqşünas qadınlarla çox ehtiyatlı davranıram. Necə deyərlər, lap min dəfə prav da olsan, səni neprav çıxarda bilərlər. #gülbaşımıza