Рубрики
Психология

Kişi niyə ağlamaz?

Qadınların kişilərdən çox yaşamağının səbəblərindən biri də — ağlamaqdır.

Qadınlar stress keçirəndə ağlayır, göz yaşları ilə emosiyalarından xilas olur. Kişilər bəs nə edir? Daxili həyəcan keçirir, necə deyərlər ürəyinə salır, ona görə də ürək dözmür, xəstəlik tapır və dünyanı tərk edir.

Əgər qadınlar bərabərlik istəyirsə, niyə onda arvadı yaxud sevgilisi xətrinə dəyəndə kişi hönkür-hönkür ağlamır ki, o dərddən xilas olsun? Çünki, uşaqlıqdan deyiblər ki, kişi ağlamaz.

A kişilər! Çox yaşamaq istəyirsənsə, bazar günləri ağlaşma mərasimi qurmaq olar. Kişilər yığışıb, dərdləşirlər, ağlayır, stresi çıxardanda sonra 50/50 vurub, evə gedir. Atışıb kluba ağı deyən bir nəfəri də çağırmaq olar.

#gülbaşımıza